Modern.az

Yaxın Şərqdə hava məkanını bağlayan ÖLKƏLƏR

Yaxın Şərqdə hava məkanını bağlayan ÖLKƏLƏR

Dünya

Bu gün, 15:10

Regionda bir sıra ölkələr hava məkanını bağlayır. 

Modern.az xəbər verir ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi hava daşıyıcılarından Yaxın Şərq hava məkanında uçuş etməmələrini xahiş edir.

Həmçinin Rusiya aviaşirkətləri Yaxın Şərq reyslərini təxirə salır:

“Beynəlxalq vəziyyətlə bağlı olaraq, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, İran, İraq və İsrail hava məkanlarını bağlayıb. Nəticədə, Rusiya aviaşirkətləri həmin regiona uçuşlarını müvəqqəti dayandırır və reysləri digər marşrutlara yönləndirir” – açıqlamada deyilir. 

Bundan başqa Oman hakimiyyəti uçuş təhlükəsizliyini təmin etmək üçün paytaxt Maskatdakı hava limanını bağlayıb.

Qətər Xəbər Agentliyi də məlumat yayaraq bildirib ki, Qatar Airways müvəqqəti olaraq Dohaya və Dohadan uçuşları dayandırıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər