Modern.az

Rusiya İrandakı vətəndaşlarını Azərbaycana keçməyə çağırdı

Rusiya İrandakı vətəndaşlarını Azərbaycana keçməyə çağırdı

Dünya

Bu gün, 15:22

İrandakı Rusiya səfirliyi vətəndaşlarına və həmvətənlərinə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə riayət etməyi və imkan daxilində bu ölkəni tərk etməyi tövsiyə edib.

Modern.az xəbər verir ki, diplomatik nümayəndəlik rusiyalıları sakit olmağa, səfirliyin və İran hakimiyyətinin rəsmi açıqlamalarını diqqətlə izləməyə, hərbi və dövlət obyektlərinə yaxın yerlərdən çəkinməyə çağırıb.

Həmçinin İranın hər hansı bir yerində foto və ya video çəkməmək tövsiyə olunub. Səfirlik media və sosial media vasitəsilə yayıla biləcək çaxnaşmaya yol verməməyin vacibliyini vurğulayıb.

Rusiya vətəndaşlarına, həmçinin növbəti xəbərdarlığa qədər İrana səyahət etməkdən çəkinmək tövsiyə olunur. Ölkəni tərk etmək üçün optimal yollar Astaradan Azərbaycana keçmək, Azərbaycan hakimiyyətinin əvvəlcədən icazəsinə üstünlük vermək, eləcə də Ermənistan-İran sərhədindəki Nurduz-Aqarak keçid məntəqəsindən çıxmaq kimi müəyyən edilib. Vətəndaşlara səyahət edərkən ehtiyatlı olmaq və sayıqlığı artırmaq tövsiyə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər