Modern.az

ABŞ və İsrailin hərəkətləri müharibə elanıdır - İRAN XİN

ABŞ və İsrailin hərəkətləri müharibə elanıdır - İRAN XİN

Dünya

Bu gün, 15:54

ABŞ və İsrailin təkrar hücumları ölkəyə beynəlxalq hüququ pozur və əslində müharibə elanıdır.

Modern.az xəbər verir ki, bunu ranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əsmail Bəqayi bildirib.

O qeyd edib ki, İran bütün imkanlardan qanuni özünü müdafiə məqsədilə istifadə edir.

Bəqayi əlavə edib ki, Hormuzqan əyalətindəki hücumlar nəticəsində uşaqlar həlak olub, bu isə ABŞ Prezidentinin İran xalqına yardım barədə açıqlamaları ilə tam ziddiyyət təşkil edir.

Onun sözlərinə görə, İranın xarici işlər naziri qonşu ölkələrlə telefon danışığı aparıb və BMT Təhlükəsizlik Şurası ilə əlaqə saxlayaraq aqressiyanı qınamağa və hərbi əməliyyatların dayandırılmasını təmin etməyə çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər