Modern.az

İran Küveyt Beynəlxalq Hava Limanını PUA-larla vurub

İran Küveyt Beynəlxalq Hava Limanını PUA-larla vurub

Dünya

Bu gün, 21:27

İran pilotsuz uçuş aparatlarından istifadə edərək Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib.

Modern.az AFP-yə istinadla xəbər verir ki, məlumatı Mülki Aviasiya İdarəsi yayıb.

Bildirilib ki, hücum nəticəsində hava limanına cüzi ziyan dəyib, bir neçə əməkdaş xəsarət alıb. T1 terminalına zərər dəyib. Hazırda ərazidə fövqəladə xidmət orqanları fəaliyyət göstərir.

Qeyd edək ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ordunun İrana qarşı “Şir nəriltisi” adlı preventiv əməliyyata başladığını açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun bu hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon əməliyyatın “Epik qəzəb” adlandırıldığını açıqlayıb.

Buna cavab olaraq İran İsrail istiqamətinə onlarla ballistik raket atıb. İsrail Müdafiə Ordusu (SAXAL) buraxılış faktını təsdiqləyib. Bundan əlavə, İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarını da hədəfə alıb və əməliyyatı “Doğru vəd 4” adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər