Modern.az

Aviasiyada yeni balans: təhlükəsiz marşrut Azərbaycan

Aviasiyada yeni balans: təhlükəsiz marşrut Azərbaycan

Dünya

Bu gün, 21:56

ABŞ və İsrailin İrana mümkün hərbi zərbələri ilə bağlı gərginlik artdığı bir vaxtda bir sıra ölkələr təhlükəsizlik səbəbindən hava məkanlarını bağlayıb. Bu vəziyyət beynəlxalq aviaşirkətləri marşrutlarını təcili şəkildə dəyişməyə vadar edib.

Modern.az-ın məlumatına görə, yaranmış şəraitdə Azərbaycanın hava məkanı qlobal aviasiya üçün ən təhlükəsiz və əsas tranzit istiqamətlərdən birinə çevrilib.

İxtisaslaşmış aviasiya platforması olan Flightradar24-ün məlumatlarına əsasən, alternativ marşrut kimi ən çox üstünlük verilən istiqamətlərdən biri məhz Azərbaycandır.

Hazırda beynəlxalq reyslərin böyük hissəsi Azərbaycan üzərindən həyata keçirilir. Bu isə ölkənin Şərq-Qərb hava dəhlizində etibarlı əsas keçid nöqtəsi olduğunu göstərməklə yanaşı, Bakının regional deyil, eyni zamanda qlobal səviyyədə strateji logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər