İranın ali lideri Əli Xameneinin kürəkəni və gəlininin raket hücumlarında həlak olduğu bildirilir.
Modern.az xəbər verir ki, bu barədə Tehran Şəhər Şurasının üzvü Meysəm Müzəffərin açıqlamasında bildirilib.
Onların ABŞ və İsrailin İran ərazisinə yönəlmiş hava zərbələri nəticəsində öldüyü qeyd olunur.
Bu barədə Reuters agentliyi də xəbər yayıb.
Bir neçə digər İran mediası da Müzəffərin açıqlamasına istinad edib, lakin İranın dövlət mediası bu barədə məlumat yaymayıb. Bu məlumatın rəsmi təsdiqi və ya təkzibi hələ ki yoxdur.
ABŞ və İsrail şənbə günü Tehran da daxil olmaqla İrandakı hədəflərə qarşı bir sıra hücumlar həyata keçirib, nəticədə mülki şəxslər arasında ölənlər olub.