Modern.az

Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı

Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı

Dünya

28 Fevral 2026, 23:39

İsrail ordusu İranın cavab hücumunu əsas gətirərək, məhdud keçidlər üçün açıq saxlanılan Rəfah Sərhəd Keçid Məntəqəsi də daxil olmaqla, Qəzzaya açılan bütün keçid məntəqələrini bağlayıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun Fələstin ərazilərində Hökumət Fəaliyyətlərinin Əlaqələndirilməsi Bölməsi açıqlama yayıb. 

Açıqlamada vurğulanıb ki, Qəzzanın dünyaya açılan yeganə qapısı hesab edilən Rəfah Sərhəd Keçid Məntəqəsi də daxil olmaqla bütün keçidlər ikinci bir bildirişə qədər bağlı saxlanılacaq.

İsrailin bütün sərhəd keçidlərini bağlama qərarının hazırda aclıqla mübarizə aparan Qəzzadakı humanitar vəziyyətə təsir göstərməyəcəyi iddia olunub.

Təl-Əviv rəhbərliyi Qəzzanın dünyaya açılan yeganə sərhəd qapısı olan Misir sərhədindəki Rəfah Sərhəd Keçid Məntəqəsini fevralın 2-də yalnız piyadaların iki istiqamətli keçidi üçün açmışdı. (TRT Haber)

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər