Modern.az

Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var”

Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var”

Dünya

28 Fevral 2026, 23:52
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə endirilən zərbə zamanı İslam Respublikasının ali lideri Əli Xameneinin iqamətgahını hədəfə alıb.

Modern.az-ın məlumatına görə, Netanyahu televiziya ilə yayımlanan çıxışında bildirib ki, səhər saatlarında həyata keçirilən güclü və qəfil hücum nəticəsində Xameneinin yerləşdiyi bina kompleksi dağıdılıb.

Baş nazir əlavə edib ki, zərbə nəticəsində Xameneinin həlak olması ehtimalı mövcuddur. Onun sözlərinə görə, “İranda diktatorun artıq olmaya biləcəyinə dair əlamətlər var”.

Qeyd olunub ki, bu iddialar hələlik İran tərəfi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər