Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı açıqlama verib.
Modern.az xəbər verir ki, o bölgədə gərginliyin daha da artmaması üçün diplomatik təşəbbüslərin gücləndiriləcəyini deyib.
“Eyni vaxtda əvvəlcə atəşkəsin təmin olunması, daha sonra isə danışıqlar masasına qayıdılması üçün diplomatik səylərimizi sürətləndirəcəyik”, – deyə Prezident vurğulayıb.
Ərdoğan qeyd edib ki, müharibənin genişlənməməsi və regionun daha böyük qarşıdurma ilə üzləşməməsi üçün bütün tərəflər məsuliyyətli davranmalıdır. Türkiyənin problemin dialoq və diplomatiya yolu ilə həllinə üstünlük verdiyini deyən dövlət başçısı, rəsmi Ankaranın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib. (Anadolu Ajansı)