Modern.az

Tel-Əviv istiqamətində partlayış səsləri

Tel-Əviv istiqamətində partlayış səsləri

Dünya

Bu gün, 01:40

İsrail ordusu İrandan daha iki dalğa raket hücumunun başladığını və ölkə üzrə həyəcan siqnallarının işə düşdüyünü açıqlayıb.

Modern.az xəbər verir ki, ordudan verilən məlumata görə, İrandan buraxılan raketlərin İsrail istiqamətində atıldığı müəyyən edilib.

Açıqlamada bildirilib ki, hava hücumundan müdafiə sistemləri İrandan atılan raketlərin qarşısını almaq üçün fəaliyyət göstərir. Əhaliyə mobil telefonlar vasitəsilə təlimatlar göndərildiyi və bu göstərişlərə əməl olunmasının vacib olduğu vurğulanıb.

Raketlərin buraxıldığı müəyyən edildikdən sonra ölkə üzrə həyəcan siqnallarının aktivləşdirildiyi qeyd olunub.

Bölgədə fəaliyyət göstərən AA müxbirinin məlumatına görə, sözügedən iki dalğanın birincisində raketlər işğal altındakı Şərqi Qüds səmasına çatıb. İsrailin hava hücumundan müdafiə sistemləri paytaxt Tel-Əvivin yerləşdiyi ölkənin mərkəzi hissəsinə yönələn raketləri zərərsizləşdirməyə çalışarkən güclü partlayış səsləri eşidilib. (TRT Haber)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər