Pakistanın informasiya və yayım naziri Attaullah Tarar açıqlayıb ki, Pakistan silahlı qüvvələri ilə baş verən qarşıdurmalar nəticəsində azı 352 əfqan hərbçi həlak olub, 535-dən çoxu isə xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə nazir “X” platformasında məlumat paylaşıb.
Nazirin sözlərinə görə, Pakistan ordusu Əfqanıstan ərazisində 41 hədəfə hava zərbəsi endirib, 130 sərhəd postunu sıradan çıxarıb, daha 26 məntəqəni isə nəzarətə götürüb. Həmçinin qarşı tərəfə məxsus 171-dən artıq zirehli texnikanın məhv edildiyi bildirilib.
Fevralın 26-sı axşam saatlarında Pakistan–Əfqanıstan sərhədində toqquşmalar yenidən intensivləşib. Kabul İslamabadın son günlər həyata keçirdiyi hava hücumlarına cavab olaraq hərbi əməliyyatlara başladığını bəyan edib.
Əfqanıstan Müdafiə Nazirliyi fevralın 27-si səhər əməliyyatın başa çatdığını açıqlayaraq 55 pakistanlı hərbçinin öldürüldüyünü, iki hərbi obyektin və 19 sərhəd postunun ələ keçirildiyini iddia edib. Pakistan tərəfi isə döyüşlərin davam etdiyini bildirir.