Modern.az

ABŞ İrana hücumda hansı silahlardan istifadə edib?

ABŞ İrana hücumda hansı silahlardan istifadə edib?

Dünya

Bu gün, 10:38

ABŞ fevralın 28-də İrana qarşı həyata keçirilən və “Epic Fury” (Möhtəşəm qəzəb) adlandırılan əməliyyat zamanı müxtəlif növ silahlardan istifadə edib. 

Modern.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, zərbələr zamanı uzaqmənzilli “Tomahawk” qanadlı raketləri, beşinci nəsil F-35 qırıcıları, F/A-18 döyüş təyyarələri və ilk dəfə olaraq döyüş şəraitində ucuz kamikadze pilotsuz uçuş aparatları tətbiq olunub.

Pentaqonun yaydığı məlumatda bildirilir ki, istifadə olunan bir istiqamətli hücum dronları İranın “Şahed” tipli PUA-larına bənzər model əsasında hazırlanıb. ABŞ-ın tətbiq etdiyi LUCAS (ucuz pilotsuz döyüş sistemləri) adlı bu sistemin təxminən 35 min dollara başa gəldiyi bildirilir. Bu cür dronlar “ucuz kütlə” strategiyası çərçivəsində çoxsaylı və nisbətən aşağı qiymətli silahların istifadəsinə əsaslanır.

Zərbələr zamanı həmçinin “Tomahawk” qanadlı raketlərindən istifadə olunub. "Raytheon" şirkəti tərəfindən istehsal edilən bu raketlər 1 600 kilometrədək məsafədə hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Bir ədəd “Tomahawk”ın orta qiyməti təxminən 1,3 milyon dollar təşkil edir. ABŞ 2026-cı ildə bu raketlərdən 57 ədəd satın almağı planlaşdırır.

Əməliyyatda həmçinin F-35 və F/A-18 tipli qırıcı təyyarələr iştirak edib. F-35 radar görünməzliyi və yüksək dəqiqlikli silah sistemləri ilə seçilir. F/A-18 isə həm hava-hava, həm də hava-yer əməliyyatlarını icra edə bilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər