Modern.az

ABŞ və İsrail "qırmızı xətt”imizi keçdilər - İran parlamentinin sədri

ABŞ və İsrail "qırmızı xətt”imizi keçdilər - İran parlamentinin sədri

Dünya

Bu gün, 10:55

“Biz bütün ssenarilərə hazırlaşmışıq və hətta imam Xameneinin ölümünə belə”, - bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Modern.az xəbər verir ki, İRNA-nın məlumatına görə, Qalibaf deyib ki, ABŞ və İsrail "qırmızı xətt”i keçiblər və bunun bədəlini ödəməlidirlər.

"İslam Respublikası üçün bu müharibə sadəcə mövcudluq deyil; son qisas vaxtı gəlib çatıb.

Biz amerikalılar və israillilərlə hesablaşacağıq. Siz “qırmızı xətt”imizi keçmisiniz - sizə elə sarsıdıcı zərbələr endirəcəyik ki, özünüz mərhəmət diləməyə məcbur olacaqsınız", - Qalibaf deyib.

İranda ali dini lideri Seyid Əli Xamenei ötən gecə ABŞ və İsrailin hava zərbələri nəticəsində Tehrandakı iqamətgahında öldürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər