Ermənistanda Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, Baş nazirin aparat rəhbəri Araik Harutyunyan, parlamentin sədr müavini Ruben Rubinyan, parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan, parlamentin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan da iştirak edibilər.
Təhlükəsizlik Şurasının iclasına Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryan İran İslam Respublikasında və Yaxın Şərqdə baş verən hadisələrlə bağlı geniş hesabat təqdim edib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Baş nazirin əmri ilə yaradılmış qurumlararası işçi qrupunun fəaliyyəti ilə bağlı hesabat təqdim edib.
İclasda Baş nazir lazımi tapşırıqlar verib. İştirakçılar İrandakı hadisələrlə bağlı dərin təəssüflərini bildirib, qurbanlara başsağlığı verib və sülhün tezliklə bərpa olunmasının vacibliyini vurğulayıblar.