Tel Aviv şəhərində gecə saatlarında baş verən raket hücumu nəticəsində 40-a yaxın yaşayış binasına ziyan dəyib. Bu barədə şəhər bələdiyyəsi məlumat yayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra təhlükəsizlik məqsədilə 200-dən çox sakin müvəqqəti olaraq otellərə yerləşdirilib. Zərər görmüş binalarda texniki baxış və qiymətləndirmə işləri aparılır.
Şəhərin əsas tibb müəssisələrindən olan Ichilov Hospital (İçilov xəstəxanası) müharibə başlayandan bu günədək ümumilikdə 74 yaralının qəbul edildiyini açıqlayıb. Onlardan 25-i məhz ötən gecə baş verən hücum zamanı xəsarət alıb.
Yaralıların vəziyyəti ilə bağlı detallı məlumat verilməsə də, həkimlərin tibbi müdaxiləni davam etdirdiyi bildirilir.
Hazırda şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Raket hücumlarının nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar fəaliyyətini davam etdirir.