Modern.az

Xameninin dörd ailə üzvü də öldürülüb

Xameninin dörd ailə üzvü də öldürülüb

Dünya

Bu gün, 13:18

ABŞ-İsrail hava zərbələri əməliyyatında öldürülən İranın ali lideri Əli Xameneinin ailə üzvlərindən də həlak olanlar var.

Modern.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyinin məlumatında bildirilib.

Ayətullahın ölümü ilə əlaqədar qırx günlük milli matəm və yeddi günlük qeydi-iş günü elan edilib.

Xameneinin 86 yaşı var idi.

İrana hücumda Xameninin ailəsinin dörd üzvü - qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri də öldürülüb.

Ayətullah Əli Xameneinin ölümündən sonra İranın müxtəlif şəhərlərində mitinqlər və etirazlar keçirilir.

1 mart 2026-cı il, bazar günü səhər tezdən Xameneinin ölüm xəbəri təsdiqləndikdən sonra Tehran küçələrinə matəm izdihamı axışıb və Tehran Universitetinin yaxınlığında toplaşıb.

İzdiham "Amerikaya ölüm!" şüarları səsləndirib.

Etirazlar həmçinin Ərdəbil, Əhvaz və Bəndər-e-Genavada da keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər