Modern.az

Xameneinin yerinə o TƏYİN OLUNDU

Xameneinin yerinə o TƏYİN OLUNDU

Dünya

Bu gün, 14:30

Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Modern.az İran mediasına istinadən xəbər verir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.

Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər