Modern.az

Tramp: İrana hərbi əməliyyatlar dayanmayacaq

Tramp: İrana hərbi əməliyyatlar dayanmayacaq

Dünya

Bu gün, 01:59

Donald Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni videomüraciət yayıb.

Modern.az xəbər verir ki, o, ABŞ Silahlı Qüvvələrinin yüzlərlə hədəfə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) obyektlərinə, hava hücumundan müdafiə sistemlərinə, doqquz hərbi gəmiyə və hərbi-dəniz infrastrukturlarına zərbələr endirdiyini bildirib.

Ağ Ev rəhbəri vurğulayıb ki, əməliyyatlar qarşıya qoyulan bütün məqsədlər əldə olunana qədər davam etdiriləcək.

"Amerikalılar arasında itkilər ehtimal ki, indiki vəziyyətdən daha çox ola bilər", – deyə ABŞ prezidenti əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər