İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi İran səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ölkəyə edilən hücumlarla bağlı etiraz notası verib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin X sosial media platformasında yayımlanan açıqlamada bildirilib.
Bəyanatda qeyd olunur: "İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi İran İslam Respublikasının Əmmanda yerləşən səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb və İordaniya ərazisinə və digər ərəb dövlətlərinə edilən hücumlarla əlaqədar hökumətinə etiraz notası göndərib".