İraqda fəaliyyət göstərən və Tehran tərəfindən dəstəkləndiyi bildirilən radikal silahlı qruplar regionda gərginliyin artmasından sonra ABŞ hərbi bazalarına 20-dən çox hücum həyata keçiriblər.
Modern.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, İranyönlü qüvvələr ABŞ-nin həm İraq daxilində, həm də ölkə hüdudlarından kənarda yerləşən hərbi obyektlərinə ümumilikdə 23 hücum təşkil edib.
Qeyd olunur ki, Vaşinqton əvvəlcədən Bağdada yerli şiə silahlı qruplaşmalarının regional qarşıdurmaya cəlb olunmaması ilə bağlı xəbərdarlıq edib. Lakin eskalasiya başlayandan qısa müddət sonra "Kataib Hizbullah" İraqda, o cümlədən İraq Kürdüstanındakı ABŞ obyektlərinə qarşı hücumlara hazır olduğunu açıqlayıb.