Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus yeganə aviadaşıyıcı – "Şarl de Qoll" (R91) hücum qrupu ilə birlikdə Şərqi Aralıq dənizi istiqamətində hərəkətə keçib.
Modern.az xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.
Hazırda gəmi Baltik dənizində yerləşir. O, yanvar ayından etibarən genişmiqyaslı müharibə ssenarisini simulyasiya edən yüksək intensivlikli "Orion" əməliyyatı çərçivəsində təlimlərdə iştirak edib.
"Şarl de Qoll" Baltik dənizindəki missiyasını vaxtından əvvəl dayandıraraq Şərqi Aralıq dənizinə istiqamət alıb. Onun bölgədə hansı konkret tapşırıqları yerinə yetirəcəyi hələ açıqlanmayıb.
Eyni zamanda, AFP agentliyinə açıqlama verən "Armateurs de France" Gəmiçilik Assosiasiyası bildirib ki, Fars körfəzində Fransa bayrağı altında üzən və ya fransız şirkətlərinə məxsus 60 gəmi ilişib qalıb. Qeyd edilib ki, bu gəmilərə Hörmüz boğazını keçdikdən sonra Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən "sığınacaq tapmaq" göstərişi verilib.