İran ABŞ ilə danışıqlar aparmaqdan imtina edir.
Modern.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün Telegram kanalında yazıb.
"Biz ABŞ ilə danışıqlar aparmayacağıq", - Laricani bildirib.
İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin ABŞ prezidenti Donald Trampın "boş ümidləri" ilə Yaxın Şərqi xaosa saldığını bildirib.
Tramp daha əvvəl İran rəhbərliyi üçün üç namizədinin olduğunu deyib.
Laricani X sosial media platformasında yazıb: "Tramp "boş ümidləri" ilə regionu xaosa salıb və indi Amerika qoşunları arasında daha çox itkilərdən qorxur".
28 fevralda ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. Bu zərbələr nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei, həmçinin müdafiə naziri Əziz Nəsirzadə, SEPAH-ın baş komandanı Məhəmməd Pakpur və Xameneinin müşaviri, İran Müdafiə Şurasının katibi Əli Şamxani öldürülüb.
İran İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib.
Qeyd edək ki, Xameneinin ölümündən sonra İran ali liderinin səlahiyyətlərini müvvəqqəti olaraq din xadimi Ayətullah Əlirza Ərafi icra etməyə başlayıb.