ABŞ-İsrail hava zərbələri əməliyyatında öldürülən İranın ali lideri Əli Xameneinin ailə üzvlərindən də həlak olanlar var.
Modern.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyinin məlumatında bildirilib.
Ayətullahın ölümü ilə əlaqədar qırx günlük milli matəm və yeddi günlük qeydi-iş günü elan edilib.
Xameneinin 86 yaşı var idi.
İrana hücumda Xameninin ailəsinin dörd üzvü - qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri də öldürülüb.
İran KİV-inin məlumatına görə, Xameneinin öldürülən nəvəsi cəmi 14 aylıq idi. Ölkə mediası onun şəkillərini dərc edib.
14 aylıq Zəhra Mohəmmədi Golpayeqaninin fotosu sosial media platformalarında da paylaşılıb.
Onun Xameneinin qız nəvəsi olduğu bildirilib.
Daha əvvəl İranın cənubundakı Minab şəhərində qızlar məktəbinə edilən hücumda ölənlərin sayının 165-ə çatdığı qeyd edilir.