Modern.az

“Hizbullah”ın parlament rəhbəri öldürüldü

“Hizbullah”ın parlament rəhbəri öldürüldü

Dünya

Bu gün, 12:08

Livan parlamentində “Hizbullah” blokunun rəhbəri Məhəmməd Raad İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Beyruta endirdiyi zərbə nəticəsində həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail qırıcıları Livan paytaxtının cənub ətraflarında şiə hərəkatı “Hizbullah”a məxsus obyektləri hədəfə alıb. Təyyarələr yerüstü hədəflərə azı on zərbə endirib.

Raadın ölümü Livan Prezidenti Jozef Aunun İsrailə raket buraxılmasının “Livanı regional münaqişədən qorumağa yönəlmiş səylərə zərbə vurduğunu” təsdiqləməsi fonunda qeydə alınıb.

Bundan əvvəl “Hizbullah” İranın ali dini lideri Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrailə hücumların məsuliyyətini öz üzərinə götürdüyünü bəyan etmişdi.

Al Hadath-ın məlumatına əsasən, martın 2-də İsrailin zərbələrindən sonra Livanın cənub kəndlərinin sakinləri kütləvi şəkildə evlərini tərk ediblər. Zərbələr “Hizbullah”ın İsrailə raket atmasından sonra həyata keçirilib. Livanda Təhsil Nazirliyinin qərarı ilə bütün məktəblər və təhsil müəssisələri də bağlanıb.

Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana zərbələr endirib. Nəticədə İranın ali lideri Əli Xamenei, Müdafiə Şurasının katibi admiral Əli Şamxani, SEPAH-ın baş komandanı Məhəmməd Pakpur və digər yüksək vəzifəli şəxslər həlak olublar. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücum edib. İranın ali lideri vəzifəsinin müvəqqəti icrası Əlirza Arafiyə həvalə olunub. O, ölkənin yeni ali lideri seçilənədək bu postu tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama