İran Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbə endirib. Hücumun əsas hədəfi “Saudi Aramco” şirkətinə məxsus Ras-Tənnurə şəhərində yerləşən neft emalı zavodu olub.
Modern.az bu barədə Bloomberg nəşrinə istinadən xəbər verir ki, zərbədən sonra müəssisə fəaliyyətini dayandırıb.
Qeyd olunur ki, Ras-Tənnurədə Səudiyyə Ərəbistanının ən böyük neft emalı kompleksi və Fars körfəzi sahilində yerləşən ən mühüm ixrac terminalı yerləşir.
Bununla yanaşı, Bəhreynin paytaxtı Manama şəhərində də güclü partlayışların baş verdiyi bildirilir. Məlumata görə, İran burada ABŞ hərbi bazasına da hücum edir.