İş adamı və keçmiş senator Umar Cəbrayılov Moskvada intihar edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun ölümü təsdiqlənib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, 67 yaşlı Cəbrayılov ağır vəziyyətdə mənzilində tapılıb. onun özünü tapança ilə vurduğu qeyd olunur. İş adamı xəstəxanaya aparılıb və daha sonra orada ölüb.
Cəbrayılov əvvəllər də - 2020-ci ildə intihara cəhd etmişdi, lakin xilas olunmuşdu.
Umar Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznıda anadan olub. 1997-ci ildə Rusiyada ticarət mərkəzlərini - Oxotnıy Ryad və Smolenski keçidini, eləcə də Kuntsevo yaşayış kompleksini, "Rossiya" otelini və digərlərini idarə edən "Plaza Group of Companies" şirkətində top menecer vəzifəsinə yüksəlib.
O, vaxtilə Moskvanın ən varlı iş adamlarından biri hesab olunurdu.