İranda ölənlərin sayı məlum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 fevraldan etibarən ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava hücumları nəticəsində 555 nəfər həlak olub.
Hücumlar nəticəsində ölkənin bir sıra şəhərlərində, xüsusilə Tehran, İsfahan, Qum və digər iri şəhərlərdə hərbi və inzibati komplekslər ciddi ziyan görüb. Bu isə İran daxilində fövqəladə təhlükəsizlik tədbirlərinin artırılmasına səbəb olub, məktəb və universitetlər bağlanıb, iş yerlərinin vaxtı yarıya endirilib.
Hazırda İran daxilində vəziyyət kifayət qədər gərgindir. Bölgədə genişmiqyaslı hərbi əməliyyatların fonunda ölkə daxilində təhlükəsizlik qüvvələri və hökumət strukturları fövqəladə vəziyyət rejimində işləyir. Əhali arasında isə narahatlıq və qeyri-müəyyənlik artıb.