Ermənistanda müxalif olan "Güclü Ermənistan" Partiyasının hakim partiyadan daha çox reklam xərci çəkdiyi məlum olub.
Modern.az xəbər verir ki, "Güclü Ermənistan" Partiyasının reklam xərci hakim "Mülki Müqavilə" Partiyasının bu yöndə çəkdiyi xərcdən 60 dəfə çox olub.
Belə ki, son iki ay ərzində onlar "Facebook" və "İnstaqram" reklamlarına təxminən 50.000 dollar xərcləyiblər.
"Mülki Müqavilə" partiyasının isə reklam kampaniyasına çəkdiyi xərc cəmi 800 dollar olub.