İranın eks-prezidenti Mahmud Əhmədinejada qarşı sui-qəsd cəhdi uğursuz olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail kəşfiyyatı Əhmədinejadın öldürülməsi cəhdinin böyük ehtimalla uğursuz olduğunu bildirib.
Onun ölüm xəbəri dünən yayılsa da, rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, Məhmud Əhmədinejad İranın 6-cı prezidenti olub. O xüsusilə sərt mühafizəkar siyasəti, nüvə proqramı ilə bağlı mövqeyi və Qərblə münasibətlərdə tənqidi mövqeyi ilə tanınır. İranın daxili siyasətində və regionda strateji məsələlərdə böyük nüfuza malik olan Əhmədinejadın ABŞ və İsrail tərəfindən əsas hədəflərdən biri hesab edilir.