5-6 mart tarixlərində Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar Yaxın Şərqdəki müharibə səbəbindən Türkiyəyə və ya İsveçrəyə keçirilə bilər.
Modern.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib.
O hələlik tarixdə dəyişikliyin olmadığını da qeyd edib.
"Heç kim görüşü ləğv etməyib, o, baş tutmalıdır. Görüş bizim üçün vacibdir və nəticələr vacibdir. Və fikir mübadiləsi vacibdir" - o bildirib.
Zelenski çıxışı zamanı İrandakı müharibənin Putinə diktaturaların necə bitəcəyi barədə siqnal olduğunu da vurğulayıb.