Modern.az

Ermənistan İranda baş verənlərdən narahatdır - Paşinyan

Ermənistan İranda baş verənlərdən narahatdır - Paşinyan

Dünya

Bu gün, 15:24

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkiana ali lider Xamenein və vətəndaşların həlak olması ilə bağlı başsağlığı teleqramı göndərib.

Modern.az xəbər verir ki, Ermənistan Baş nazirinin Aparatından göndərilən teleqramda belə deyilir:

“Cənab Prezident,

Biz İrandakı hadisələrin gedişini böyük narahatlıqla izləyirik. İranda rəhbərlik və vətəndaşlar arasında baş verən itkilərlə bağlı dərin başsağlığımı qəbul edin. Biz həmişə İslam Respublikasının ali lideri Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafındakı şəxsi rolunu xatırlayacağıq.

Bu çətin vaxtda Yaxın Şərqdə sülh və sabitliyin tezliklə bərpa olunacağına ümid edirik.

Bu fürsətdən istifadə edərək, Sizə səbir, dost, qonşu İran xalqına isə sülh və dözüm arzulayıram”.

Sizə yeni x var
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama