Modern.az

Şahın oğlu İran rəsmilərini təslim olmağa çağırıb

Şahın oğlu İran rəsmilərini təslim olmağa çağırıb

Dünya

Bu gün, 15:46

İranın sonuncu şahının oğlu Rza Pəhləvi İslam Respubliaksının ali lideri Ayətullah Əli Xameneinin ölümünə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, Rza Pəhləvi sosial şəbəkələrdə İran xalqına növbəti müraciət ünvanlayıb. O bildirib ki, Xameneinin və İran rəhbərliyinə daxil olan genaralların ölümü ilə İslam Respublikası son nəfəsini verir

“Böyük İran xalqı İslam Respublikasının tam süqutunu istəyir. Biz bu zalım rejimi devirməyə nail olacağıq”, - Pəhləvi müraciətində deyib.

Rza Pəhləvi İran rəsmilərinə təslim olmağa çağırıb:

“İran xalqına təslim olun. Mənim proqramıma və keçid planına sadiqliyinizi elan edin. Daha çox qan tökülmədən hakimiyyəti təhvil verin.

Rejimin qalıqlarının Xameneiyə varis təyin etmək cəhdi əvvəlcədən məğlubiyyətə məhkumdur. Onun yerinə kim gətirilsə, nə legitim olacaq, nə də bu rejimin cinayətlərindən kənarda qalacaq.

Ölkənin hərbi, polis və təhlükəsizlik qüvvələrinə deyirəm:
Silahınız Böyük İran xalqını qorumaq üçün olmalıdır; cinayətkar respublikanı və onun anti-İran quldur dəstələrini müdafiə etmək üçün deyil. İran xalqına və Şir-Günəş inqilabına qoşulun. Silahlarınızı İran vətəndaşlarını İslam Respublikası rejiminin muzdlu qüvvələrindən qorumaq üçün istifadə edin ki, bu 47 illik kabus daha tez sona çatsın”.

Rza Pəhləvi xalqı rejimə qarşı ayağa qalxmağa çağırıb:

“Mənim gücüm sizin gücünüzdən və dəstəyinizdən qaynaqlanır.

Xaricdə yaşayan iranlılardan – həftələrdir yorulmadan ölkə daxilindəki həmvətənlərimizin səsi olan sizlərdən – xahiş edirəm ki, səylərinizi daha da artırın. İran xalqının bu humanitar müdaxiləyə dəstəyini və rejimin tam süqutu tələbimizi dünya ictimaiyyətinə çatdırın.

Qarşıda həssas günlər var. Biz birlikdə qələbə yolunu keçəcəyik və İslam Respublikasını devəcəyik»

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama