Modern.az

Rusiya İrana silah verəcəyini istisna etmir

Rusiya İrana silah verəcəyini istisna etmir

Dünya

Bu gün, 17:06

Rusiya İrana silah tədarük etmək hüququna malikdir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib.

Onun sözlərinə görə, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq haqqında saziş mövcuddur. Primakov İrəvanda yerləşən "Rus Evi"ndə keçirilən dəyirmi masada videobağlantı vasitəsilə çıxışı zamanı xatırladıb ki, sənəddə hərbi əməkdaşlıq birbaşa nəzərdə tutulmasa da, ABŞ-ın Ukraynaya silah tədarük etdiyini nəzərə alsaq, Moskvanın da İrana silah vermək hüququ var.

Primakov qeyd edib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqların dəyəri ilə bağlı suallar yaradır. Onun fikrincə, gec-tez ABŞ-ın Ukrayna nizamlanmasında vasitəçilik imkanlarının effektivliyi də müzakirə mövzusuna çevriləcək.

“Rossotrudniçestvo” rəhbəri ABŞ və İsrailin İranda daxili sabitsizlik yaradacağına dair ümidlərini də əsassız adlandırıb. O bildirib ki, respublikada kifayət qədər daxili sabitlik mövcuddur və bunu İrana son səfəri zamanı şəxsən müşahidə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama