ABŞ-ın İrana hücumlarında məqsəd rejim dəyişikliyinə nail olmaq deyil.
Modern.az xəbər verir ki, bu barədə ABŞ müharibə naziri Pit Heqset bildirib.
"Müharibə rejim dəyişikliyi üçün aparılmır. Amma rejim dəyişdi və dünya bundan daha yaxşı vəziyyətdədir", - deyə o qeyd edib.
Müharibə naziri həmçinin müharibəni ABŞ-ın başlatmadığını iddia edib:
Heqset əlavə edib: "İran onilliklər boyu Amerikaya qarşı birtərəfli müharibədə hücumlar həyata keçirir. Bu müharibəni biz başlatmadıq, amma Prezident Trampın rəhbərliyi altında biz bu müharibəni bitiririk", - o deyib.