Modern.az

Əli Laricani: “İran uzunmüddətli müharibəyə hazırdır”

Əli Laricani: “İran uzunmüddətli müharibəyə hazırdır”

Dünya

Bu gün, 18:56
“İran uzunmüddətli müharibə aparmağa və ölkəsini nəyin bahasına olursa-olsun müdafiə etməyə hazırdır”.

Modern.az xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, İran ABŞ-dən fərqli olaraq uzunmüddətli qarşıdurmaya hazırlaşıb.

“Biz altı min illik qədim sivilizasiyamızı və ölkəmizi, ödəməli olacağımız bədəldən asılı olmayaraq, bütün gücümüzlə müdafiə edəcəyik. Düşmənlərimizin yanlış hesablamalarına görə peşman olacağına əmin olacağıq”, – deyə Laricani vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama