Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Malatyanın Battalgazi rayonunda 4,2 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, yeraltı təkanların ətraf rayonlarda da hiss edildiyi bildirilib.
Qısa müddətli təşviş yaransa da, ilkin məlumata görə, tələfat və dağıntı qeydə alınmayıb.
Rəsmilər bölgədə vəziyyətin nəzarətdə saxlanıldığını və inkişafların izlənildiyini qeyd ediblər. (HaberGlobal)