Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.
Danışıq zamanı İrana qarşı həyata keçirilən hücumlar və bölgədə yaranmış son gərginlik müzakirə olunub. Ərdoğan mövcud qarşıdurmaların həm regional, həm də qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini qeyd edib.
O, bölgədə uzunmüddətli sabitliyin təmin edilməsi üçün diplomatik təmasların genişləndirilməsinin və tərəflərin yenidən dialoqa qayıtmasının vacibliyini vurğulayıb.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Almanya Şansölyesi Friedrich Merz ile bir telefon görüşmesi gerçekleştirdi.
— T.C. İletişim Başkanlığı (@iletisim) March 2, 2026
Görüşmede İran’a yönelik saldırılar ve sonrasındaki çatışmalı süreç ele alındı.
Cumhurbaşkanı Erdoğan bölgemizdeki çatışmaların bölgesel ve küresel güvenliği…