Fransa Prezidenti Emmanuel Makron ölkənin nüvə arsenalındakı döyüş başlıqlarının sayının artırılması barədə qərar verildiyini bildirib.
Modern.az xəbər verir ki, Fransa lideri bunu nüvə çəkindirmə strategiyası ilə bağlı çıxışında bəyan edib.
Makron qeyd edib ki, sürətlə dəyişən və təhlükəli geosiyasi şəraitdə Fransa özünün “zəmanətli dağıdıcı gücünü” qoruyub saxlamalıdır.
“Mən arsenalımızdakı nüvə döyüş başlıqlarının sayının artırılması ilə bağlı tapşırıq vermişəm. Hər hansı ehtimalların və fərziyyələrin qarşısını almaq üçün bundan sonra nüvə arsenalımızın dəqiq həcmi ictimaiyyətə açıqlanmayacaq. Əvvəllər bu məlumatlar mütəmadi şəkildə paylaşılırdı”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Fransa rəsmi şəkildə nüvə silahına sahib olan azsaylı ölkələrdən biridir və Avropa İttifaqı daxilində bu statusa malik yeganə dövlətdir.