ABŞ Prezidenti Donald Trump İrana quru qoşunların göndərilməsi ehtimalını inkar etməyib.
Modern.az xəbər verir ki, Tramp bunu The New York Post-a açıqlamasında bildirib.
Prezident qeyd edib ki, “Epic Fury” (“Epik Qəzəb”) əməliyyatı planlanandan irəlidədir və Tehran tərəfindən onlarla yüksək rütbəli məmur məhv edilib.
“Quru qoşunlarla bağlı heç bir şübhəm yoxdur. Adətən prezidentlər deyir: ‘Yerdə qoşun olmayacaq’. Mən belə demirəm”, – deyə Tramp vurğulayıb.
Əvvəlcə o, münaqişənin təxminən dörd həftə davam edəcəyini bildirsə də, müsahibədə müddətin daha qısa ola biləcəyini də əlavə edib.