Ukrayna Prezidenti Volodimir Zelenski Ərəb liderləri Moskvanı atəşkəsə razı salsalar, Ukrayna Yaxın Şərq ölkələrinə İranın “Şahed” dronlarını məhv etməkdə dəstək verə biləcəyini deyib.
Modern.az xəbər verir ki, o Yaxın Şərq liderlərinin Rusiyaya yaxşı münasibətləri var və onlar bir aylıq atəşkəs elan etməsini istəyə biləcəklərini qeyd edib.
Zelenski əlavə edib ki, atəşkəs elan olunduqdan sonra Ukrayna ən yaxşı dron ələ keçirmə operatorlarını həmin ölkələrə göndərəcək. O, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin Vladimir Putinlə güclü iqtisadi əlaqələrə malik olduğunu vurğulayıb və İsrailə də eyni şəkildə kömək edilə biləcəyini bildirib.