Modern.az

İsrail: Livana hücumlar davam edəcək

İsrail: Livana hücumlar davam edəcək

Dünya

2 Mart 2026, 23:32

İsrail Baş Qərargah rəisi Eyal Zamir Livana qarşı hücumlar ölkədən qaynaqlanan “təhdid” aradan qalxmayana və Hizbullah silahsızlaşdırılmayana qədər dayandırılmayacağını deyib.

Modern.az xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, Zamir şimal sərhədində təhlükəsizlik vəziyyəti ilə bağlı müşavirədən sonra çıxış edib. O, əsas diqqətin İrana yönəldiyini və Hizbullah ciddi zərbə almadan müharibənin başa çatmayacağını vurğulayıb.

Zamir həmçinin ABŞ ordusu ilə sıx əməkdaşlıq etdiklərini, İsrailin eyni vaxtda bir neçə cəbhədə fəaliyyət göstərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, hücumlar Hizbullahın silahsızlandırılması ilə bağlı xəbərdarlıqlara cavab verilməməsi fonunda həyata keçirilir. (TRT Haber)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama