İran hava məkanında ABŞ və İsrailə məxsus daha yeddi pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Modern.az-ın ISNA agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə İran ordusu açıqlama verib.
Açıqlamada qeyd olunub ki, son saatlarda vurulan dronlar “MQ-9”, “Heron”, “Hermes” və “Orbiter” tipli olub. Həmin PUA-lar Təbriz, Tehran, İsfahan, Xürrəmabad və Buşehr ərazilərində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Ordunun bildirdiyinə əsasən, bununla birlikdə son hadisələr zamanı vurulan pilotsuz aparatların sayı ümumilikdə 29-a yüksəlib.