Modern.az

Qazaxıstan XİN Azərbaycana təşəkkür edib

Qazaxıstan XİN Azərbaycana təşəkkür edib

Dünya

Bu gün, 00:16

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici siyasət qurumlarının rəhbərləri ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, söhbət zamanı Yaxın Şərqdə yaranmış hərbi-siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər böhran şəraitində fəaliyyətlərin daha sıx əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.

Qazaxıstan XİN rəhbəri İrandan qazaxıstanlıların təxliyəsi məsələsində göstərilən konstruktiv əməkdaşlıq və dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.

Nazirlər münaqişələrin yalnız siyasi və diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının, eləcə də regional təhlükəsizlik, sülh və sabitlik naminə birgə səylərin davam etdirilməsinin əhəmiyyətini təsdiqləyiblər.

Danışıqların nəticəsi olaraq tərəflər koordinasiyanı davam etdirmək, zərurət yaranacağı halda vətəndaşların mümkün təxliyəsində qarşılıqlı dəstək göstərmək və xarici işlər nazirlikləri xətti ilə daimi işçi əlaqələri saxlamaq niyyətlərini bəyan ediblər.

Qeyd edək ki, daha əvvəl Tehrandan 50 Qazaxıstan vətəndaşının təxliyəsi həyata keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama