Qətərin paytaxtı Doha şəhərində güclü partlayış səsləri eşidilib.
Modern.az xəbər verir ki, İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirdiyi əks-zərbələr fonunda paytaxtın müxtəlif ərazilərindən ard-arda partlayış səslərinin gəldiyi bildirilir.
Məlumata görə, şəhərdə hava hücumundan müdafiə sistemi işə salınıb. Eyni zamanda, mobil telefonlara fövqəladə xəbərdarlıq sistemi vasitəsilə bildirişlər göndərilib.
Partlayışlardan sonra bəzi ərazilərdə siren səslərinin eşidildiyi, təhlükəsizlik qüvvələrinin isə mühüm obyektlər ətrafında gücləndirilmiş rejimdə tədbirlər gördüyü qeyd olunur.