İsrail Müdafiə Qüvvələri İranın paytaxtı Tehrana və Livanın paytaxtı Beyruta zərbələr endirdiyini təsdiqləyib.
Modern.az xəbər verir ki, bəyanatda deyilir: "İDF hazırda Tehran və Beyrutun hərbi hədəflərinə eyni vaxtda zərbələr endirir".
Zərbələr İsrail ordusunun Beyrutun cənub ətrafı və onlarla kənd sakinlərinə "təcili xəbərdarlıq" verərək onları təxliyə etməyə çağırmasından qısa müddət sonra baş verib.
İDF əvvəllər zərbələrin hədəflərinin İran tərəfindən dəstəklənən Hizbullah qruplaşmasına məxsus komanda mərkəzləri və anbarlar olduğunu bildirmişdi.