Ermənistan Baş naziri Nikol Paşinyanla keçmiş həyat yoldaşı Anna Akopyan arasında ayrılıqdan əvvəl gərgin münasibətlər olub.
Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Nəşrin yazdığına görə, Baş nazir Nikol Paşinyan və onun nikahdankənar həyat yoldaşı Anna Akopyan arasındakı gərgin münasibətlər illərlə özünü göstərib.
Belə ki, cütlük 2019-2020-ci illərdə təxminən bir il ayrı yaşayıb, lakin sonradan yenidən birlikdə yaşamağa başlayıb.
Qəzet iddia edir ki, vəziyyət 2025-ci ilin ortalarında yenidən gərginləşib. Belə ki, Anna Akopyanın Çində təhsil almaq planları onun Baş nazirlə münasibətlərindəki gərginliklə əlaqələndirilib.
"Hraparak"ın məlumatına görə, Akopyan son üç aydır ki, Sevanda hökumətin yay iqamətgahındadır.