Modern.az

İran dronu 6 ABŞ hərbçisini öldürüb

İran dronu 6 ABŞ hərbçisini öldürüb

Dünya

Bu gün, 10:18

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında bu günə qədər 6 hərbçisi ölüb. 

Modern.az CNN-ə istinadən xəbər verir ki, onların hamısı fevralın 29-da səhər Küveytdəki mülki limanın müvəqqəti əməliyyat mərkəzinə İranıİn birbaşa zərbəsi nəticəsində həlak olublar. Ötən gün günortadan sonra daha 2 itkin sayılan hərbçinin meyitinin tapılması ilə ölənlərin sayı 6-ya çatıb.

ABŞ Mərkəzi Komandanlığı hərbçilərin ölümünə səbəb olan zərbənin "möhkəmləndirilmiş taktiki əməliyyat mərkəzinə" dəydiyini, lakin "bir" mərminin hava hücumundan müdafiə sistemlərini yardığını bildirib. Zərbənin pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyi təxmin olunur.

Həmin hücum xəbərdarlıq və ya siren səsləri olmadan qəfil həyata keçirilib. Hücum zamanı əməliyyat mərkəxi dağılıb, 18 nəfər ağır xəsarətlər alıb. 

Hücum zamanı ölənlərin sayının artacağı istisna olunmur. 

Whatsapp
Bizə yazın!
Keçid et
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!