İsrail ordusu İran İslam Respublikasının dövlət yayım kompleksini hədəfə alıb.
Modern.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) farsca sözçüsü Kamal Pənahasi yayımlanan videomüraciətində qurumun öz yolunun sonuna çatdığını bildirib.
Qeyd edək ki, hədəfə alınan obyekt İranın rəsmi yayım qurumu olan "Islamic Republic of Iran Broadcasting"ə məxsusdur. Quruma bağlı televiziya və radio kanalları ölkə daxilində əsas informasiya mənbələrindən biri hesab olunur.