Modern.az

İran üç ölkədəki ABŞ bazalarını yenidən vurdu

İran üç ölkədəki ABŞ bazalarını yenidən vurdu

Dünya

Bu gün, 10:34

İran Küveytdəki Amerika bazasını sıradan çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə "Pars Today" qəzetinin verdiyi məlumatda bildirlib.

"Küveytdəki Əl-Salimdəki Amerika bazası tamamilə məhv edilib", - deyə məlumatda bildirilir.

Digər məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının bazası "Xorrəmşəhr-4" raketi ilə vurulub.

Bəhreyndə yerləşən ABŞ hərbi dəniz bazasında da çoxsaylı partlayışlar baş verib.

Bundan əlavə, İraqın Ərbil şəhərindəki ABŞ hərbi bazasında da partlayış baş verdiyi bildirilib.

Tasnim Agentliyinin məlumatına görə, “Hizbullah” hərəkatı bu səhər İsrailin şimalındakı Ramat David hava bazasına dronlarla zərbə endirdiyini rəsmi olaraq elan edib, radar stansiyalarını və idarəetmə mərkəzlərini vurub.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirir. İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər fevralın 28-də İsrail-ABŞ hücumunda öldürülüblər.

2 martda “Hizbullah” da İsrailə qarşı müharibəyə girib. İsrail isə hərəkata qarşı hücumun başladığını elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!