Modern.az

İran dronları ABŞ səfirliyinə hücum etdi

İran dronları ABŞ səfirliyinə hücum etdi

Dünya

Bu gün, 20:15

Səudiyyə Ərəbistanının paytaxtı Riyadakı ABŞ səfirliyi İran dronlarının hücumuna məruz qalıb, nəticədə səfirliyin damının bir hissəsi çöküb, lakin xəsarət alan olmayıb.

Modern.az xəbər verir ki, eyni zamanda, Küveyt şəhərində iki dron zərbəsi səfirliyin ətrafını vurub, lakin heç bir zərər və xəsarət qeydə alınmayıb. Hər iki səfirlik hücum zamanı boş olub.

ABŞ həmçinin İordaniyadakı səfirliyində bütün personalı müvəqqəti təxliyə edib. Hücumlarda İran Şahəd dronlarından istifadə edib; ABŞ isə İran ərazisinə ilk dəfə ucuz tək istifadəlik hücum dronlarını göndərib. (UNN)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada